Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:32

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 111 dəfə pozublar.

Bu zaman iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (29 mərmi) istifadə edildiyi bildirilir.

Məlumatda vurğulanır ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Fərəhli, Bala Cəfərli, Qızılhacılı, Məzəm, Berd rayonundan da Tovuz rayonunun Ağdam, Muncuqlu və Koxanəbi kəndləri atəşə tutulub.

Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb

Nazirlik bildirir ki, işğal altında olan Ağdam rayonunun Şuraabad, Şıxlar, Şirvanlı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG