Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 11:29

Bu gün, mayın 8-i IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları başlayır.

«Bakı-2017» xəbər verir ki, A qrupu çərçivəsində Səudiyyə Ərəbistanı millisi Mərakeş komandası ilə qarşılaşacaq.

Azərbaycan isə Kamerun millisi ilə qarşılaşacaq.

Futbol yarışında səkkiz komanda mübarizə aparacaq.

Ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda yarışacaqlar.

Azərbaycan millisi A qrupunda yer alıb. Bu qrupda Azərbaycanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləridir.

B qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışacaqlar.

«Bakı-2017»nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə cəlb edilib.

Həndbol turları isə növbəti gün, başlayacaq.

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi isə mayın 12-də olacaq.

Mayın 22-nə kimi davam edəcək yarışlarda 50-dən çox ölkənin 3 minə kimi idmançısı iştirak edəcək. Yarışlar 20 idman növü üzrə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG