Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:13

Rusiyalı müxalif siyasətçi Aleksei Navalny xaricə gedib.

Bu barədə “Moskovskiy komsomolets“ mayın 7-də naməlum mənbələrə istinadla xəbər yayıb.

Nəşrin məlumatına görə, Navalny Barselonaya uçub.

Amma siyasətçinin özü və ya nümayəndələri hələ ki, bu məlumata münasibət bildirməyiblər.

Xatırladaq ki, aprelin 27-də naməlim şəxs Navalny-nin üzünə yaşıl antiseptik maye olan «zelyonka» atıb.

Müxlifət fəalı deyir ki, buna görə bir gözü həmişəlik zədəli qala bilər.

Bundan bir neçə gün sonra ona xarici pasport verilib, hansı ki, son 5 il idə ala bilmirdi.

Navalny pasport aldıqdan sonra xaricdə müalicəyə getmək fikrində olduğunu bəyan elədi və bu günlərdə onun Avropaya viza üçün sənəd verdiyi bəlli oldu.

Qeyd edək ki, Aleksei Navalny prezident Vladimir Putin və hökumətin sərt tənqidçilərindən biri kimi tanınır.

Buna da bax: “Navalny-ya hücuma görə cinayət işi açılıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG