Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:18

“Həmas” qrupu mayın 6-da İsmail Haniyeh-i özünün yeni lideri seçib.

Bu barədə Reuters agentliyi qrupun sözçüsü Fawzi Barhoum-a istinadla xəbər verir.

Qrupun keçmiş sədr müavini Haniyeh bu vəzifədə qrupun Qətərdəki lideri Khaled Meshaal-ı əvəz edəcək.

“Həmas” qrupu ötən həftə yeni siyasi proqramında İsrailə qarşı mövqeini yumşaltdıqdan sonra, qrupun lideri Meshaal səlahiyyət müddəti bitdiyinə görə istefa verib.

İsrail rəsmiləri hələ ki, seçkiyə münasibət bildirməyiblər.

Qeyd edək ki, “Həmas” bu günlərdə İsrailin məhvilə bağlı çağırışından imtina edib və “Müsəlman qardaşları” hərəkatı ilə əlaqəni kəsib.

Hazırda Fələstin muxtar ərazilərinin Qəzzə bölməsi “Həmas”ın nəzarətindədiur.

Onu da qeyd edək ki, İsrail “Həmas”ın son addımını beynəlxalq aləmi aldatmaq kimi qiymətləndirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG