Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:24

Rusiya müxalifəti “Bolotnoya” hadisələrinin 5-ci ildönümünü qeyd edir


Foto arxiv

Rusiya müxalifəti “Bolotnoya” meydanındakı hadisələrin 5-ci ildönümünü qeyd edir.

Azadlıq Radiosu Rusiya xidmətinin təşkilatçılardan biri Sergei Sharov-Delona istinadla verdiyi məlumata görə, polislər müxalifətin mitinqindən əvvəl səhnənin arxasını sökərək naməlum istiqamətə aparıblar.

Məlumata görə, səhnənin arakəsmələrindən birində “Putin bəsdir, bəsdir müharibə, bəsdir Qədirova dözmək” və “ Bolotnoya işi Rusiya üçün rüsvayçılıqdır” şüarları yazılıbmış.

Hüquq müdafiəçiləri və müxalifət fəalları mayın 6-da Saxarov prospektində “Bolotnoya” meydanında müxalifətin “Milyonların yürüşü” aksiyasının dağıdılmasının 5-ci il dönümünü qeyd edirlər.

2012-ci il mayın 6-da Moskvanın “Bolotnoya” meydanına Vladimir Putinin prezident seçilməsinə etiraz olaraq 10 minlərlə insan axışdı.

Aksiya sonda polis və digər güc qurumlarının əməkdaşları ilə toqquşmalarla nəticələndi, 400-dən çox adam saxlandı.

Hakimiyyət kütləvi iğtişaşlar salma maaddəsi ilə cinayət işi açdı, 35 nəfər məsuliyyətə cəlb olundu və onlardan 20-si real həbs cəzasına məhkum edildi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG