“Hələlik ABŞ-ın yeni administrasiyasının Azərbaycanla münasibətləri ilə bağlı dəqiq proqnoz verə bilmirəm”.
Bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini və Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Buna da bax: 'Əli Əhmədov əsasən düz deyir, amma...'
N.Məmmədov vurğulayıb ki, hazırda Ağ Ev və Dövlət Departamenti bir tərəfdən dünyada gedən mühüm proseslərlə çox məşğuldur, digər tərəfdən ABŞ-ın özündə bu gün çox ciddi problemlər var.
“Onlar beynəlxalq və daxili problemləri tənzimləməklə məşğuldurlar”, deyə o qeyd edib.
N.Məmmədov düşünür ki, bir qədər sonra Azərbaycanla bağlı məsələlərə də vaxt gəlib çatacaq.
Buna da bax: Baş nazirin müavini də dilə gəldi [video]
“Keçmiş təcrübəni nəzərə alaraq, ABŞ-Azərbaycan arasındakı bu gün ki, münasibətlər daha konstruktiv, daha anlaşıqlı, daha qarşılıqlı faydalı maraqları nəzərdə tutaraq inkişaf etməlidir. Buna dünyanın da, Azərbaycanın da, ABŞ-ın da ehtiyacı var”, N.Məmmədov vurğulayıb.