Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:52

“Azərbaycanda referendum keçirilməli, ölkə Konstitusiyası dəyişdirilməlidir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün, mayın 5-də seçki islahatları mövzusunda keçirilən dəyirmi masadakı çıxışında belə deyib.

Müsavat Partiyası parlament seçkilərinin proporsional seçki sistemi əsasında keçirilməsini, deputatların sayının 200-ə çatdırılmasını təklif edir. Bundan başqa, Konstitusiyada bir nəfərin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəanın bərpa edilməsi, prezidentin səlahiyyət müddətinin 7 ildən 5 ilə endirilməsi tələb edilir.

Buna da bax:​ Məhkəmə Müsavatın şikayətini rədd edib

Partiya hesab edir ki, demokratik seçkilərin təmin olunmasından ötrü seçki komissiyalarının əsas siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında, paritet qaydada təşkil olunması vacibdir. Üstəlik, seçki kampaniyasının müddəti artırılaraq 120, təşviqat dövrü isə 60 gün müəyyən edilməlidir.

Müsavat Partiyasının referendumla bağlı tələblərini təqdim edən partiya rəsmisi Gülağa Aslanlı bildirib ki, Azərbaycanda seçkilərin keçirilməsindən ötrü demokratik şərait və müvafiq qanunvericilik bazası mövcud deyil

“Seçki institutu tamamilə sıradan çıxarılıb”

“1995-ci ildə qəbul edilmiş Konstitusiyaya, 1998 və 2003-cü ildə qəbul olunmuş seçki qanunvericiliyi aktlarına sonradan olunan dəyişikliklər hesabına seçki institutu tamamilə sıradan çıxarılıb”.

Buna da bax:​ Mingəçevirdə müsavatçılar polisdə sorğu-sual edilib

O, müxalifət partiyalarını, demokratik düşərgəni referendumun keçirilməsi uğrunda təklifləri müzakirə etməyə səsləyib

G.Aslanlı deyib ki, Müsavat Partiyası referendumun keçirilməsi təşəbbüsünün rəsmiləşməsindən ötrü qanunla tələb olunan seçici imzalarının toplanmasına hazırdır.

Xatırlatma

Azərbaycan Konstitusiyasına sonuncu dəfə, ötən il sentyabrın 26-da keçirilən referendumla dəyişiklik edib. Prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb, vitse-prezidentlik institutu yaradılmasına yaşıl işıq yandırılıb. Habelə, prezidentin səlahiyyəti artırılıb.

Buna da bax:​ İsa Qəmbər: '88-dən bəri ifadə veririk'

Bundan əvvəl, 2009-cu ildə keçirilən referendumda isə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət götürülüb.2002-ci ildə keçirilən referendumda isə proporsional seçki sistemi tam ləğv edilib. Yəni deputatlar indi yalnız fərdi qaydada seçilirlər. Bundan əvvəl isə parlamentdəki 125 yerdən 25-i proporsional sistemdən, yəni partiya siyahısından seçilirdilər. Hazırda seçki komissiyalarında parlamentə düşə bilməyən müxalifət partiyaları təmsil edilə bilmirlər. Komissiyanın, üçdə biri hakim partiyanın, üçdə biri parlamentdə təmsil edilən, ancaq azlıqda qaln partiyaların, üçdə biri isə bitərəflərin payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG