Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:48

Azərbaycan hasilatın azaldılması razılaşmasına əməl edir


Neft hasilatı (arxiv fotosu)

Neft ölkələrinin gündəlik hasilatı azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan götürdüyü öhdəliyə aprel ayında da tam əməl edib.

Bu haqda Energetika Nazirliyinin məlumatında bildirilir.

Nazirlik vurğulayır ki, Azərbaycan Vyana razılaşmasına uyğun olaraq apreldə gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Buna da bax:​ Nazir: Neft bazarında çətinliklər davam edir

Həmin məlumatda bildirilir ki, aprel ayında ölkə üzrə gündəlik neft hasilatı 781,1 min barel olub. Bunun 726,8 min barelini xam neft, 44,3 min barelini kondensat təşkil edib. Gündəlik 601,6 min barrel xam neft, 54,3 min barrel kondensat, 19 min barrel isə neft məhsulları ixrac etməklə Vyana razılaşmasına əməl olunub. Yəni hasilat sutkada 35 min barel azaldılıb.

Nazirlik onu da bildirib ki, respublika üzrə yanvarda gündəlik neft hasilatı 793,9, fevralda 776,4, martda isə 733,3 min barrel olub.

XATIRLATMA

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş bu ilin birinci yarısından ötrü bağlanıb.

Buna da bax: Azərbaycan neft hasilatını vəd etdiyindən də çox azaldıb

Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın 558 min barel/gün azaldılması barədə sazişə imza atıb.

Mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada 172-ci iclası keçiriləcək.

Həmin toplantıda ilin ikinci yarısından ötrü sazişin uzadılması məsələsi müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG