Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:12

Vergi ödəyicilərinin əmlakı elektron hərraclarda satılacaq


Nazirlər Kabineti

Bundan sonra vergi ödəyicilərinin siyahıya alınmış əmlakı elektron hərraclar vasitəsilə satışa çıxarılacaq.

Nazirlər Kabineti bununla əlaqədar olaraq «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları»nı təsdiqləyib. Mayın 4-də imzalanmış qaydalar ictimaiyyətə bu gün, mayın 5-də açıqlanıb.

Qaydalar parlamentin Vergi Məcəlləsinə etdiyi son dəyişikliklərlə əlaqədar qəbul olunub.

Qaydalara görə, elektron hərraclar zamanı iştirakçıların hər hansı birinə digərlərindən fərqli güzəştlər edilməyəcək. Ərizəçilər elektron hərraca istənilən mərhələdə qoşula biləcəklər.

Mülki hüquq fəaliyyət qabiliyyətli istənilən fiziki və hüquqi şəxslər hərraclarda iştirak edə biləcəklər.

Birinci elektron hərrac baş tutmadıqda, təşkilatçı hər növbəti elektron hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, özünün rəsmi internet saytında, digər internet saytlarında və sosial şəbəkələrdə elan yerləşdirməlidir.

Söhbət icra məmurlarının borclu vergi ödəyicilərinin siyahıya aldıqları əmlakının hərraca çıxarılmasından gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG