Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 23:36

Rusiya təyyarələri Alyaska sahilinə yaxın uçublar


TU-95

ABŞ təyyarələri ölkənin Alyaska sahili yaxınlığında iki Rusiya TU-95 bombardmançısının iki SU-35 qırıcısının müşayiəti ilə uçduğunu aşkarlayıb. Bu haqda Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) martın 4-də məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, ilk dəfədir ki, Rusiya bombardmançılarını qırıcı təyyarələr müşayiət edib. Rusiya təyyarələri mayın 2-də Alyaska sahilindən 50 mil məsafədə uçublar. ABŞ-ın hava məkanı sahildən 12 mil məsafədən başlayır. Amma Birləşmiş Ştatlar 200 mil məsafədə uçan təyyarələrin özlərini tanıtmalarını tələb edir.

Nüvə silahı daşıma qabiliyyətinə malik dörd Rusiya təyyarəsini «F-22 Raptor» qırıcıları aşkarlayıb. NORAD-ın sözçüsü Kapitan Scott Miller Rusiya təyyarələrini ilə yaradılan əlaqəni «professional» adlandırıb.

Rusiya Müdafiə Nazirliyi isə uçuşun Sakit Okeanının neytral suları üzərində, beynəlxalq qaydalara uyğun gerçəkləşdirildiyini bildirib.

İki illik fasilədən sonra Rusiya bu yaz Alyaska sahillərində hərbi fəaliyyəti gücləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG