Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 19:22

Enerji səmərəliliyi qanunu hazırlanıb


Energetika naziri Natiq Əliyev

Energetika Nazirliyində “Enerji səmərəliliyi və enerji effektivliyi haqqında” qanun layihəsi müzakirə edilib. Layihə Avropa Komissiyasının “EU4Energy” proqramı çərçivəsində Enerji Xartiyası Katibliyi ilə birgə hazırlanıb.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, energetika nazirinin müavini Gülməmməd Cavadov müzakirələr zamanı enerji resursları ilə bağlı qəbul edilmiş qanunvericilik aktları haqda bilgi verib. O, yeni qanunun qəbulunun enerji resurslarının istehsalı, təchizatı və istehlakına qədər bütün mərhələlərdə effektivliyinin təmin edilməsinə imkan yaradacağını vurğulayıb.

Buna da bax:​ Azərbaycanda neftin qiymətinə dair müzakirələr

“EU4Energy” layihəsinin koordinatoru Bilyana Çobanova isə deyib ki, əgər, ölkədə səmərəliliyə nail olunarsa, bu zaman topalanan enerjinin həcmi istehsal olunan neft, qaz və elektrik enerjisindən daha çox ola bilər. Yüksək texnologiyalardan istifadə etməklə səmərəlilik enerjidən istifadəni azaltmaqla, ixrac imkanlarını artırmaqla yanaşı iqlim dəyişikliklərinə də təsir göstərəcək.

Enerji Xartiyası Katibliyinin koordinatoru Aleksandr Antonenko isə qanun layihəsinin struktur və əsas elementlərini təqdim edib. A. Antonenko hesab edib ki, enerji effektivliyi yalnız energetika ilə məhdudlaşmır.

Buna da bax: Natiq Əliyev: 'Hasilatçı ölkələr neftin qiymətindən razıdır'

“Bu yeni investisiya, qənaət edilmiş enerji resurslarının ixracı, yeni iş yerləri, evlərdə rahat mühitin yaradılması, yerli biznesin imkanlarının artırılması, enerji ödəmələrinə çəkilən xərclərin azalması və ekoloji vəziyyətin yaxşılaşması kimi başa düşülməlidir”, o, deyib.

Müzakirələrin yekununda qanun layihəsinin hazırlanması ilə bağlı müzakirələrin işçi qrupunun növbəti iclaslarında davam etdirilməsi razılaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG