Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizlik zonaları yaradırlar


Astanada Suriya görüşü

Rusiya, Türkiyə və İran Suriyada mülki sakinlər üçün təhlükəsizlik zonaları yaradılması barədə Astanada memorandum imzalayıblar.

Bu barədə mayın 4-də Reuters agentliyi məlumat yayıb.

Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə söhbət, silah işlədilməsinin tam qadağan edilməsi, hümanitar missiyaların təhlükəsizliyinin təmin edilməsi, əsas obyekt və infrastrukturların bərpasından gedir.

Mənbənin məlumatına görə, təhlükəsizlik zonalarının İdlib əyaləti, Homs şəhərinin şimalı və Dəməşqin cənubunda-müxalifətin nəzarətində olan Ghouta-da yaradılması nəzərdə tutulur.

Suriya müxalifəti İranın Astana konfransında iştirakına etiraz bildirib.

Müxalifət İranı Suriya müharibəsində iştirakçı tərəf hesab edir.

Müxalifətin nümayəndə heyəti mayın 3-də hökumətin bombar-dmanları davam etdirməsinə etiraz olaraq konfransı tərk etmişdi.

Amma mayın 4-də yenidən görüşə qatılmaq qərarına gəlib.

2011-ci ildən bu yana Suriya müharibəsində təxminən 400 min adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG