Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 12:48

Bank sədri marixuananı leqallaşdırmağa çağırır


Foto arxiv

Qırğızıstan Milli Bankı-nın sədri Tolkunbek Abdıqulov ölkəyə turist cəlb eləmək üçün marixuananı (çətənə) leqallaşdırmağa çağırıb.

AzadlıqRadiosu Türkmənistan xidmətinin məlumatına görə, o bunu, milli inkişaf strategiyası ilə bağlı iclasda edib.

Abdıqulov rəqiblərinə deyib ki, ölkə sakinləri hazırda milli İssık-Kul gölündəki kurorta yox, daha çox Türkiyəyəyə gedirlər.

“İstanbul və geriyə bilet 300 dollardır. 6-7 gün istirahət, üstəlik yemək. Siz orda kiminlə rəqabət aparmaq istəyirsiniz ?”, deyə o bildirib.

Abdıqulov hesab edir ki, bunun ən yaxşı yolu marixuananı leqallaşdırmaqdır, onda ölkəyə turist axını olacaq, bütün MDB ölkələri burda olacaq, mehmanxanalarda yer olmayacaq.

“AKİpress”-in məlumatına görə, Qırğızıstanın bir sıra bölgələrində yabanı şəildə çətənə bitir və hökumət hər il bu zəmiləri məhv etməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG