Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 17:56

«Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş proqramların icrasına 10 il ərzində 50.7 milyard manat vəsait yönəldilib».

Bunu Yeni Azərbaycan Partiyasının saytına, bu partiyanın idarə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Komitə sədri vurğulayıb ki, birinci proqrama 16, ikinci proqrama isə 34.7 milyard manat ayrılıb.

«Bundan əlavə, regionların sosial-iqtisadi inkişafına dair proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə prezidentin sərəncamları ilə Ehtiyat Fondundan 737.4 milyon manat vəsait yönəldilib. Bu vəsaitlər hesabına son 10 ildə regionlarda 500-dən çox sənaye müəssisəsi, 2 min 708 məktəb binası, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman, gənclər obyektləri tikilib və ya əsaslı təmir edilib».

Ancaq Azərbaycanda bəzi ekspertlər hesab edirlər ki, regionlara ayrılan vəsaitlərdən heç də səmərəli istifadə edilməyib. Onlar deyirlər ki, regionlarda yaradılan müəssisələrin bəziləri bir müddət sonra fəaliyyətini dayandırıb. Üstəlik, xərclənən vəsaitlərdə şəffaflıq qorunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG