Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 11:51

2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) aktivləri 8.987 milyon manat təşkil edib.

Bu haqda Palatanın hesabatında bildirilir.

Qurumun uzunmüddətli aktivlərinin 4 milyon 96 min manatı torpaq, tikinti və avadanlıqda, 1 milyon 496 min manatı isə başqa sahələrdədir.

Palatanın məcmu kapitalı 8.352 milyon manat manatdır. Ötən il Palatanın öhdəlikləri isə 635 min manat olub.

2016-cı ildə onun əsas əməliyyat gəliri 2.222 milyon manat, əsas əməliyyat xərci isə 4.536 milyon manat təşkil edib.

Palata ötən ili 2.328 milyon manat xalis zərərlə başa vurub.

MBNP ölkə prezidentinin 3 fevral 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Mərkəzi Bankın banklara nəzarət və bir sıra funksiyası ona verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG