Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 12:43

Dünya Bankı Ukraynaya növbəti kredit verdi


Foto arxiv

Dünya Bankı Ukraynaya 150 milyon dollarlıqnövbəti kredit ayırıb.

Bu vəsait idxal yönümlü kiçik və orta sahibkarlığa dəstək üçün nəzərdə tutulur.

Bu barədə mayın 3-də bankın mətbuat xidməti məlumat yayıb.

Qərar bankın direktorlar şürasının iclasında qəbul edilib.

Dünya Bankının Belarus, Ukrayna və Moldova üzrə direktoru Satu Kaxkonenin sözlərinə görə, Ukraynanın nadir işgüzar potensialı var, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal edə bilər, amma maliyyə çatışmazlığı ölkənin idxal imkanlarını məhdudlaşdırır.

Beynəlxalq Valyuta fondu aprelin 22-də Ukraynada pensiya yaşının qaldırılmasını ölkəyə yeni kredit verilməsində vacib şərtlərdən adlandırıb.

Ümumilikdə Kiyev 1992-ci ildən bu yana Ukraynaya təxminən 12 milyard dollar məbləğində kredit ayırıb.

Bu vəsaitə 70 müxtəlif layihələr reallaşdırılıb.

Öz növbəsində Avropa Birliyi ayın əvvəlindədə Ukraynaya 600 milyon avro maliyyə yardımı ayırıb. Bu 2015-ci ilin yazında qəbul edilmiş plan çərçivəsində edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG