Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:52

Mayın 4-ü Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 11-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG