Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:13

Atəşkəslə bağlı 3 may açıqlaması


Qarabağda Azərbaycan əsgəri.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 119 dəfə pozublar

Məlumatda yazılır ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Fərəhli, Qaymaqlı, Məzəm, Berd rayonundan da Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndləri atəşə tutulub,

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Şirvanlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Göygöl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG