Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:53

Çin ABŞ-ın Koreyada raket hücumlarından müdafiə sistemi yerləşdirməsinə qarşıdır


THAAD raket kompleksi

Çin ABŞ-ın Cənubi Koreyada raket hücumlarından müdafiə sistemi yerləşdirməsinin əleyhinədir.

RİA Novosti-nin mayın 2-də verdiyi xəbərə görə, bu barədə Çin xarici işlər nazirliyinin nümayəndəsi Qen Şuan keçirdiyibrifinqdə məlumat verib.

ABŞ-ın Cənubi Koreyadakı hərbi kontinqentinin nümayəndəsi Rob Menninq bundan əvvəl artıq THAAD raket kompleksinin yerləşdirildiyini və Şimali Koreya raketlərini tutmağa hazır olduğunu bəyan edib.

“O ki, qaldı THAAD kompleksinə bizim mövqeimiz aydın və qətidir. Biz Cənubi Koreyada bu cür sistem yerləşdirilməsinin əleyhinəyik. Müfaviq tərəfləri Cənubi Koreyada THAAD kompleksi yerləşdirilməsini təcili dayandırmağa çağırırıq” deyə Qen Şuan bildirib.

O həmçinin deyib ki, Çin öz maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.

Cənubi Koreya kütləvi informasiya vasitələrinin məlumatına görə, THAAD batareyasında 4-dən 9-dək hərəkət edən qurğu olacaq və onların hər birində 8 raket ola bilər.

Amma bu barədə hələ ki, rəsmi məlumat yoxdur.

Bu batareya həmçinin raket əleyhinə TPY-2 radarları ilə təhciz olunacaq.

Bu raketlər təxminən 200 kilometrlik məsafəni vura bilir.

Pekinlə Moskva hesab edir ki, ABŞ Şimali Koreya bəhanəsi ilə bölgədə bu cür sistem yerləşdirir və bu onların ballistik raketlərinə təhlükədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG