Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 00:08

Budapeştdə antirusiya etirazları keçirilib


V.Putin və V.Orban

Mayın 1-də Macarıstanın paytaxtı Budapeştdə minlərlə insan Avropa Birliyinə dəstək nümayişinə çıxıb. Onlar baş nazir Viktor Orban-ın idarəçiliyi altında ölkədə Rusiyanın nüfuzunun yüksəlməsinə etiraz ediblər.

Bu yürüşdən öncə də Budapeştdə bir neçə aksiya olub, ABŞ maliyyəçisi George Soros-un yaratdığı Mərkəzi Avropa Universitetinin ölkədən qovulmasıyla sonuclanacaq yeni qanuna etiraz ediblər.

«Momentum» adlı siyasi hərəkat May Günü yürüşü təşkil edib, 10 minədək etirazçı Rusiya səfirliyinin yanından keçərək «Moskva yox, Avropa» şüarı səsləndiriblər. Hərəkat gələn ilin aprelində keçiriləcək parlament seçkilərinə namizədlərini verəcəyini deyir.

Partiya sədri Andras Fekete-Gyor deyib ki, «Orban ölkəni Moskvaya doğru aparır».

Vaxtilə Moskvanın tənqidçisi olan Orban 2010-cu ildə hakimiyyətə gələndən siyasi kursunu dəyişib. O, Macarıstanı «qeyri-liberal ölkə»yə çevirməyə çağırıb, uğur nümunəsi kimi Rusiya və Türkiyəni göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG