Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:59

36 yezidi İŞİD əsirliyindən qurtulub


İraqın şimalında minlərlə adam köçkün düşür
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

İraqın şimalında minlərlə adam köçkün düşür. 2014

BMT bildirir ki, İraqda 36 yezidi «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasının əsirliyində 3 il qalandan sonra xilas edilib.

BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru Lise Grande deyib ki, həmin şəxslər aprelin 28-dən bəri kürd şəhəri olan Mosulda sığınacaq, paltar, tibbi və psixoloji yardımla təmin olunublar.

2014-cü ildə İŞİD yezidiləri İraqın şimal-qərbindəki Sincar şəhərində mühasirəyə alıb. O vaxtdan minlərlə yezidi qadın və uşaq oğurlanıb, işgəncəyə, cinsi istismara məruz qalıb.

Bəziləri qaça bilsə də, 3 min 500 nəfər hələ də İŞİD-in köləliyində qalır.

Yezidi inancına xristianlıq, zərdüştilik və islam dininin elementləri daxildir. İŞİD onların «şeytana qulluq etdiklərini» deyir.

Təxminən yarım milyonluq yezidilərin çoxu hazırda İraqın şimalındakı Kürdüstan muxtar ərazisində düşərgələrdə köçkün kimi yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG