Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:23

Atəşkəslə bağlı 1 may açıqlaması


Qarabağda Azərbaycan əsgəri.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 116 dəfə pozublar.

Məlumatda bildirilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Berd rayonundan da Tovuz rayonunun Ağbulaq kəndi atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, işğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli və Qorqan kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Göygöl və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG