Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:56

NATO-nun baş katibi Jens Stoltenberg deyir ki, alyans Əfqanıstandakı qüvvələrinin sayının artırılmasıyla bağlı qərar vermək üzrədir. Əsgərlərin sayı bu ölkədə islamçı yaraqlılarla mübarizə məqsədilə artırılır.

Stoltenberg Almaniyanın «Welt am Sonntag» qəzetində aprelin 30-da dərc olunmuş müsahibəsində deyib ki, təhlükəsizlik vəziyyətinin ciddiliyini nəzərə alaraq, NATO Əfqanıstandakı 13 minlik qüvvəsinin sayını artıra bilər. Amma baş katib dəqiq rəqəm açıqlamayıb.

O, alyansın iyunadək qərar verə biləcəyini deyib. Əsgərlərin Əfqanıstanda saxlanma müddətinin də artırılması nəzərdən keçirilə bilər. Hazırda bu müddət bir ildir.

NATO-nun Əfqanıstandakı qüvvələrinin komandiri olan ABŞ generalı John Nicholson fevralda ABŞ Konqresinə deyib ki, ölkədə bir neçə min əlavə hərbçiyə ehtiyac var.

Günün bütün mövzuları

XS
SM
MD
LG