Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:16

Rusiyalı gimnast Bakıda qızıl medal qazandı


Foto arxiv

Rusiyalı idmançı Arina Averina Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb. O, finalda halqa ilə hərəkətlərin yekunu üzrə 18.800 bal yığıb.

Gümüş medalçı da rusiyalıdır. Aleksandra Soldatova 18.450 bal nəticə göstərib. Üçüncü yeri isə Belarusdan olan gimnast Alina Qornosko qazanıb - 17.650 bal.

Xatırladaq ki, bu gün – aprelin 30-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü – sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarınınhalqa, top vəiplə hərəkətləri üzrə final yarışları keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG