Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:25

Qalmaqallı rus rejissoru Zvyagintsev yeni filmi ilə yenə də gündəmdədir


Andrey Zvyagintsev`in "Sevgisizlik" filmindən bir səhnə.
Andrey Zvyagintsev`in "Sevgisizlik" filmindən bir səhnə.

Mayın 17-28-i arası keçirilməsi planlaşdırılan 70-ci Kann Beynəlxalq Kino Festivalının əsas müsabiqəsində yarışacaq filmlərin siyasıhı açıqlanıb. Siyahıda Sofia Coppola, Michael Haneke, François Ozon, Fatih Akın kimi tanınmış rejissorla yanaşı müasir rus kinosunun ən məşhur rejissorlarından biri – Andrey Zvyagintsev`in də adı var. Rejissor festivalda “Sevgisizlik” adlı yeni filmini təqdim edəcək.

Andrey Zvyagintsev 2003-cü ildə ekranlara çıxan “Qayıdış” da daxil olmaqla hər filmi hadisəyə çevrilən, səbirsizliklə gözlənən, festivallardan mükafatsız qayıtmayan bir rejissordur.

Andrei Zvyagintsev Kann film festivalında.
Andrei Zvyagintsev Kann film festivalında.

Onun 2014-cü ildə çəkdiyi, hakimiyyətin məhvedici gücündən bəhs eləyən “Leviafan” filmi həm sənət, həm də ictimai dəyəri baxımından son dövrlərin ən çox səs-küy yaradan filmlərindən biri hesab olunur.

A. Zvyagintsev “Sevgisizlik” filminin çəkilişlərinə “Leviafan”filmini bitirəndən bir il sonra başlayıb.

Buna da bax: 70-ci Kann film festivalının proqramında azərbaycanlı rejissorun da filmi var

“Yelena” və “Leviafan”dan sonra rejissorun bu filmi də sosial mövzuya həsr olunub. “Sevgisizlik”, boşanma ərəfəsində olan evli cütlük haqqındadır.

Əsas qəhrəmanlar hələlik rəsmən ayrılmayıblar, ancaq kişinin artıq başqa sevgilisi, qadının isə varlı pərəstişkarı var.

Sənəd, kağız, məhkəmə işlərinə başı qarışan ər-arvad ayrılıqları ilə həyatını məhv elədikləri doğma insanı – oğulları, 12 yaşlı Alyoşanı unudurlar.

Alyoşa qəftələn yoxa çıxır.

Rejissor deyir ki, “Sevgisizli”yi isveç rejissoru, dahi İngmar Bergman`ın “Ailə həyatından səhnələr” filmindən ilhamlanaraq çəkib.

Filmdə baş rolları Maryana SpivakAleksey Rozin (“Yelena” və “Leviafan” filmlərində çəkilib) oynayırlar.

“Sevgisizliy”in başqa qəhrəmanları da var - könüllü xilasedici-axtarış dəstələri. Rejissor bu süjet xətti üzərində işləyərkən “Liza Alert” dəstəsinin koordinatorları ilə məsləhətləşib.

Zvyagintsev xilasedici xəttini ssenariyə daxil eləməsindən danışarkən:

“Məni tez-tez filmlərimdə müsbət qəhrəmanlar olmadığına görə qınayırlar. Bundan sonra tənqid eləmək üçün başqa arqumentlər axtarsınlar. Xilasedicilər qədər müsbət qəhrəmanlar tapmaq çətindir” deyir.

Buna da bax: "Bu filmə rus kinolarına baxmayanalar da baxacaqlar"

Rejissor yeni filmində də daimi komandası ilə işləyib. Filmin ssenari müəllifi Oleq Neqin, operatoru Mixail Kriçman, quruluşçu rəssamı Andrey Pankratov, prodüseri Aleksandr Rodnyanskidir.

“Sevgisizlik”, Moskva və Moskva ətrafında çəkilib. Əslində çəkilişlər 2016-cı ilin payızında tamamlanmalı olsa da, erkən yağan qar yaradıcı heyətin planlarını pozub. Lazım olan səhnələri çəkməkdən ötrü heyət, yazın gəlişini gözləməyə məcbur olub.

Fasilə müddətində isə Zvyagintsev karyerasında ilk dəfə hələ tamamlanmamış filmin montajına başlayıb.

Çəkilişlər rəsmi şəkildə aprelin 5-də başa çatıb. Kann festivalının seçim komissiyasına film göndərmək üçün təyin edilən son tarix 10 aprel olduğundan təzə kadrları təcili filmə əlavə ediblər.

Aprein 10-da prodüser Rodnyanski filmi seçim komissiyasına təqdim eləmək üçün Parisə aparıb.

Üç gün sonra Kann festivalının əsas müsabiqəsinə daxil olan filmlərin siyahısını açıqlayan festivalın direktoru Thierry Fremont birinci Zvyagintsevin filminin adını çəkib və onu müasir rus kinosunda yeni başlanğıc adlandırıb.

“Sevgisizlik”, Rusiya Mədəniyyət Nazirliyinin, Kino Fondunun, ümumiyyətlə, dövlətin dəstəyi olmadan ərsəyə gətirilib. Onun yaranmasında Eurimages Avropa Kino Fondu, fransız və alman kinoşirkətləri Dardenn qardaşlarının şirkəti və xeyriyyəçi Qleb Fetisov iştirak edib.

Buna da bax: Rusiyada çar Nikolaydan söz açan filmə senzura qorxusu

Onu da qeyd edək ki, film hələ tamamlanmamış Berlin Kinofestivalının bazarında beynəlxalq prokat hüquqlarının satışı üzrə rekord vurub.

“Sevgisizlik”, artıq bütün Avropa ərasizində nümayiş üçün satın alınıb. Kann kinobazarında isə ABŞ və digər ölkələrdə satış müqavilələrinin bağlanması gözlənilir.

Andrey Zvyagintsev`in “Qayıdış” filmi 2003-cü ildə Venesiya Beynəlxalq Kino Festivalının baş mükafatı “Qızıl şir”ə, “Yelena” filmi 2011-ci ildə Kann festivalının “Xüsusi baxış” müsabiqəsində münsiflər heyətinin mükafatına layiq görülüb. “Leviafan” filmi 2014-cü ildə Kann festivalında “ən yaxşı ssenari” nominasiyasının, 2015-ci ildə “Qızıl qlobus” müsabiqəsində “əcnəbi dildə ən yaxşı film” nominasıyasının qalibi olub. (Sadalanan mükafatlar filmlərin qazandığı qələbələrin bir hissəsidir).

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG