Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 23:04

ABŞ 'Açıq Rusiya'nın qara siyahıya salınmasından narahatdır


Rusiya. İllüstrasiya.

Birləşmiş Ştatlar Rusiyanın bir neçə demokratiya tərəfdarı olan qrupu qara siyahıya salmasından “dərindən narahatdır”. Bunu Dövlət Departamenti aprelin 28-də açıqlayıb.

Bu həftənin əvvəlində Rusiya prokurorluğu Açıq Rusiya, Açıq Rusiya Vətəndaş Hərəkatı və Müasir Rusiya İnstitutunu “arzuolunmaz” elan edib.

Buna da bax: Rusiyada sinə aksiyası

“Bu və digər beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının Rusiyaya təhlükə yaratması fikriylə razı deyilik”, – departamentin sözçüsü Mark Toner deyib.

“Rusiya dinamik və rəqabətli iqtisadiyyata söykənən güclü və demokratik hökumət qurmağa ümid edirsə, belə müstəqil səsləri təqib edib kriminallaşdırmamalıdır, onları dəyərləndirib dəstəkləməlidir”, – Toner söyləyib.

Buna da bax: Putinin keçmiş dostu indi Rusiyadan 6 milyard təzminat istəyir

Rusiya hakimiyyəti aprelin 27-də “Açıq Rusiya”nın Moskva ofisində reyd keçirib. Bu təşkilat xaricdən, keçmiş biznes maqnatı, prezident Vladimir Putin-in opponenti Mikhail Khodorkovsky tərəfindən idarə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG