Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:32

Makedoniyada etirazlar davam edir


Makedoniya. Sosial demokrat lideri Zoran Zaev (sağda) və partiyanın digər fəalları, 28 April, 2017

Aprelin 28-də Makedoniyanın paytaxtı Skopyedə 2 minədək etirazçı yeni seçki keçirilməsini tələb ediblər. Bir gün öncə etirazçılar parlamentin binasına soxulmuş, yeni yaranan hökumət koalisiyasının liderlərini döymüşdülər.

Dinc keçən son etiraz aksiyası Avropa Birliyi missiyasının binası qarşısında keçirilib. Sosial Demokratlar və etnik alban partiyalarının yaratdıqları yeni koalisiyaya dəstək bildirilib. Bu yürüşün təşkilatçıları siyasi mənsubiyyətləri olmadığını, məqsədlərinin ölkənin daha dərin böhrana sürüklənməsini əngəlləmək olduğunu bildiriblər. Onlar “Vahid Makedoniya uğrunda” şüarı altında addımlayıblar.

Buna da bax: Makedoniyada etirazçılar parlamentə zorakı basqın ediblər

Etirazçıların mühafizəkar VMRO-DPMNE partiyasına rəğbəti aşkar bilinib, parlamentin yeni spikeri Talat Xhaferi-nin təyinatına etirazlarını bildiriblər. Xhaferi etnik albandır, yeni koalisiya onu bu vəzifəyə təyin edib.

Etirazçılar avropalı diplomatlara qarşı da təhqiredici ifadələr işlədiblər.

Makedoniya Avropa Birliyinə qoşulmaq istəyir. Amma qurum bildirir ki, VMRO partiyasının hakimiyyəti dinc yolla ötürmək istəməməsi Skopyenin bloka üzvlüyü yolunda əngəldir. Elə dünən yeni hökumət koalisiyasının liderləri prezident Gjorge Ivanov-un çağırdığı fövqəladə iclasa qatılmayıblar. Onlar böhranı Ivanov-un yaratdığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG