Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 08:21

Əfqanıstanda 'Taliban' 'yaz mövsümü'nü açdı


Əfqanıstanda partlayış

Əfqanıstanda «Taliban» silahlı qruplaşması aprelin 28-də yaz hücumlarına start verdiyini elan edib. Qruplaşma Qərb koalisiyası və əfqan təhlükəsizlik qüvvələrinə hücumlar vəd edir.

«Taliban»ın sözçüsü Zabihullah Mujahid elektron məktubla yaydığı bəyanatda bildirir ki, qruplaşma indi ölkənin yarıdan çoxuna nəzarət edir. O, ABŞ-ın fevralda yaydığı hesabatdan sitat gətirir, həmin hesabatda «Taliban»ın Əfqanıstanın 407 vilayətindən 52 faizinə nəzarət etdiyi qeyd olunurdu.

Builki hücum «Mansouri Əməliyyatı» adlandırılıb. Mansouri ötən il ABŞ-ın dron zərbəsində həlak olmuş «Taliban» lideridir.

Mujahid deyib ki, Taliban nəzarətində olan ərazilərdə obyektlər tikəcək, «sosial ədalət və inkişaf» mexanizmi yaradacaq.

Ötən həftə Əfqanıstanda hərbi hissəyə «Taliban» hücumunda 140-dan çox əsgər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG