Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 07:16

Venesuelada baş verən toqquşmalarda ölü sayı 29-a çatdı


Foto arxiv

Venesuelanın paytaxtı Karakasda polislə nümayişçilər arasında yenidən toqquşma olub.

Reutersin məlumatına görə, aprelin əvvəllərindən bu yana ölkdə baş verən toqquşmalarda ümumilikdə 29 nəfər ölüb, 450-ə yaxın adamsa yaralanıb.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnalqları və rezin güllələrdən istifadə edir.

Amma buna baxmayaraq aprelin 26-də yenidən paytaxtda polislə nümayişçilər arasında toqquşmalar olub.

Nümayişçilər prezident Nicolas Maduronu hakimiyyəti qəsb etməkdə, ölkədəki dərin iqtisadi böhrana görə cavabdehlik daşımaqda ittiham edir və prezidentin istefasını tələb edirlər.

Amma prezident istefa vermək fikrində deyil və hesab edir ki, müxalifət etiraz aksiyaları ilə dövlət çevirilişinə cəhdi ört-basdır eləmək istəyir.

O, ölkədə sülh istədiyini desə də hakimiyyətlə ictimaiyyət arasında sül dialoqu alınmır.

Demık olar ki, hər gün ölkədə etiraz aksiyaları keçirilir.

Prezident Maduro ölkədəsi siyasi və iqtisadi böhrana görə ABŞ və dünyanın maliyyə elitasını günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG