Keçid linkləri

Təcili xəbərlər
2018, 20 May, bazar, Bakı vaxtı 23:15

İsrail ABŞ-dan İranla bağlı təminat istəyir


Yisrael Katz

İranın Suriyada daimi hərbi baza yaratmasına imkan verilməməlidir. İsrail bununla bağlı Trump administrasiyasıyla anlaşma əldə etməyə çalışır.

İsrailin kəşfiyyat naziri Yisrael Katz aprelin 26-da «Reuters» informasiya agentliyinə müsahibəsində bu istəyi dilə gətirib.

Nazir hazırda Vaşinqtonda səfərdədir. Dediyinə görə, Ağ ev rəsmilərini, aparıcı konqresmenləri İrana və İranın dəstəklədiyi Livanın «Hizbullah» hərbi qruplaşmasına əlavə sanksiyalar qoymağa çağırır. İran və «Hizbullah» Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyir.

«ABŞ-la İsrail arasında anlaşma, razılaşma əldə olunmasına çalışıram ki, İranın Suriyada hava, quru və dəniz yoluyla daimi baza yaratmasına imkan verilməsin», – Katz deyib. Onun sözlərinə görə, bu məqam Suriyada altı illik müharibəni bitirəcək sülh sazişinə də salınmalıdır.

Katz baş nazir Benjamin Netanyahu-nun sağ qanad «Likud» partiyasının üzvüdür. Onun sözlərinə görə, İsrail heç də Vaşinqtondan Suriyaya əlavə qüvvə göndərməyi xahiş etmir. «Buna rusiyalılarla danışmaq, İranı sanksiyalar və başqa şeylərlə hədələməklə nail olmaq olar», – o söyləyib.

İsrail rəsmiləri İranın Suriyada, azı, 25 min döyüşçünü idarə etdiyini hesablayıb. Buraya İnqilab Qvardiyasının üzvləri, İraqdan şiə yaraqlıları, Əfqanıstan və Pakistandan gələnlər də daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG