Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:33

Eldəniz Quliyev prokurorluğa çağırıldı


Eldəniz Quliyev

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mәrkәzinin üzvü Eldəniz Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu haqda onun özü məlumat verib.

Eldəniz Quliyevin bildirdiyinə görə, mayın 3-də, saat 10-da adı çəkilən idarədə olması istənilir.

Buna da bax:​ Əli Kərimli: 'Bu işdə biz zərərçəkənik'

Eldəniz Quliyevə prokurorluğa hansı səbəbdən çağırılması barədə bilgi verilməyib.

Xatırlatma

Bu il aprelin 8-i Milli Şura Bakıda icazəli mitinq keçirib. Mitinqdə Milli Şura rəhbərliyi bəyan edib ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur. Həmin mitinqdən sonra Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli prokurorluğa çağırılıb.

Buna da bax: G.Bayramlı: 'Siyavuş Novruzovun ittihamları gülüncdür'

Ə.Kərimlidən başqa onun müavini Gözəl Bayramlı və AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov da prokurorluğa dəvət edilib.

Onlar artıq, idarədə şahid qismində dindiriliblər.

AXCP rəhbərliyinin açıqlamasına görə, prokurorluqda onlara bildirilib ki, xaricdən siyasi sığınacaq almaq istəyənlərə saxta sənədlərin verilməsi ilə bağlı cinayət işi açılıb.

Buna da bax:​ AXCP Avropa Məhkəməsinə müraciət edəcək

Ancaq AXCP rəhbərliyi bildirir ki, onlar heç bir mühacirə saxta vəsiqə verməyiblər. Bu cinayət işi sadəcə onlardan qisas almaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG