Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 04:31

Daxili işlər naziri Ramil Usubov aprelin 26-da onun dəvəti ilə Azərbaycana gələn Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı Yaşar Güleri qəbul edib.

Nazirliyin mətbuat xidməti bildirir ki, R.Usubov iki ölkənin daxili işlər orqanlarının əməkdaşlığı baxımından zəruri hüququ bazanın yaradılmasından bəhs edib.

Nazir xüsusi vurğulayıb ki, ordu quruculuğunda, Daxili Qoşunların formalaşmasında, şəxsi heyətin peşəkarlığının yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, Jandarm Komandanlığının böyük zəhməti olub.

Buna da bax:​ Daxili Qoşunların statusuna dəyişiklik edilir

Y. Güler iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını deyib.

Türk komandan vurğulayıb ki, Azərbaycan ordusunun, Daxili Qoşunlarının inkişafından ötrü bundan sonra da səylərini əsirgəməyəcəklər.

“Belə əməkdaşlıq, təcrübə mübadiləsi qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edir”, - o, deyib.

Buna da bax:​ Ramil Usubov: 'İnsan haqlarını pozan 1579 polis cəzalandırılıb'

Xatırlatma

Türkiyənin Jandarma Qüvvələri Baş Komandanı, general Yaşar Gürel aprelin 26-da Azərbaycana gəlib.

O, müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə də görüşməlidir.

Mayın 1-dən 5-nə kimi Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə təlimləri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG