Aprelin 27-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 6-9, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 8-13 dərəcə isti təxmin edilir.