Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:58

İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib


Milli Məclis

Milli Məclisin bu gün, aprelin 25-i keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə olunub.

APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Təklif edilən 594-2-ci maddədə korrupsiyaya görə məlumat verən şəxsin müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasından bəhs edilir.

Əlavələrə görə, korrupsiyaya aid hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gələn 800 manatdan 1300 manata kimi cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin şəxslər artıq cərimə ilə məsuliyyətdən yayına bilməyəcəklər.

Bu məsələ ilə bağlı «Vətəndaşların müraciətləri haqqında» Qanuna 9.2-1-ci maddə də əlavə edilib. Həmin əlavəyə görə isə, maraqlı olan şəxslərə korrupsiya hüquqpozmaları ilə bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.

Layihələr səsə qoyularaq qəbul edilib.

CƏRİMƏLƏR QALXASI OLMADI

Milli Məclisin sessiyasında Cinayətlər Məcəlləsində cərimələrin qaldırılması ilə bağlı dəyişikliklər layihəsi gündəlikdən çıxarılıb.

Sədr Oqtay Əsədov bildirib ki, layihəni təşəbbüskar tərəf geri çəkib. Həmin layihədə seçki prosesinə qanunsuz müdaxilə ilə bağlı cərimələr 7-20 dəfə, təhqirə, böhtana görə 3 dəfə artırılırdı. Nəqliyyat və dəmiryol vasitələrini yararsız hala salmağa görə isə cərimələrin 6 dəfə artırılması nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG