Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 09:30

AB ilə danışıqlarının növbəti mərhələsi başlayır


Azərbaycan-AB

Bu gün, aprelin 25-i Bakıda Avropa Birliyi (AB) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçiriləcək.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Ancaq H.Hacıyev danışıqların yeri və müzakirə dairəsinə daxil olan məsələlər barədə açıqlama verməyib.

AB ilə danışıqlar üzrə heyətə Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luke Devin-in rəhbərlik etdiyi bildirilir.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG