Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:44

Macron rusiyapərəst hakerlərin hücumundan danışır


Emmanuel Macron

Fransada prezident seçkisinin birinci raundunda önə çıxmış Emmanuel Macron-un Rusiyaya bağlı hakerlərin hücumuna məruz qaldığı bildirilir. Onun kampaniyası aprelin 24-də mediaya bu haqda məlumat verib.

Macron-un seçki kampaniyasına müdaxilə cəhdi ötən dekabrda baş veribmiş. Kampaniyasının rəqəmsal məsələlər üzrə rəhbəri Mounir Mahjoubi «The Associated Press» agentliyinə və «The New York Times» qəzetinə müsahibəsində «Trend Micro» kibertəhlükəsizlik şirkətinin hesabatını təsdiqləyib. Şirkət «Pawn Storm», həm də «Fancy Bear» adıyla tanınmış haker qrupunun 160 elektron casusluq cəhdini qeydə alıb. ABŞ kəşfiyyat agentlikləri bu qrupun Rusiya kəşfiyyat aparatının bir qolu olduğunu deyirlər.

«Ciddi məsələdir, amma heç nə sızdırılmayıb», – M.Mahjoubi AP-yə deyib.

«Trend Micro»nun məlumatına görə, hakerlər saxta vebsayt yaradaraq Macron-un kampaniya əməkdaşlarının parollarını toplamağa çalışıblar.

Rusiya rəsmiləri dəfələrlə dövlət səviyyəsində hakerliyi təkzib ediblər.

Seçkinin birinci raundunda Macron səslərin 24 faizini toplayıb. Mayın 7-də ikinci raund olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG