Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:27

Cahangir Hacıyevin şikayətinə baxılacaq


Cahangir Hacıyev

Beynəlxalq Bankın İdarə Heyətinin həbsdəki keçmiş sədri Cahangir Hacıyevin apelyasiya məhkəməsi başlayır. Bakı Apellyasiya Məhkəməsi keçmiş bankirin şikayətinə baxışın vaxtını açıqlayıb.

Bu haqda C.Hacıyevin vəkillərindən Fəxrəddin Mehdiyev məlumat verib.

Onun bildirdiyinə görə, şikayətə hakim Əflatun Qasımovun sədrlik etdiyi məhkəmə heyəti baxacaq.

Buna da bax: Beynəlxalq Bankın baş direktoru Cahangir Hacıyevi suçladı

Proses mayın 5-də başlayacaq.

C. Hacıyevin apellyasiya şikayətinə daha tez baxılmalı idi. Martın əvvəlində bankirin vəkilləri Apellyasiya Məhkəməsindən şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəmişdi. Ancaq məhkəmə bu vəsatəti rədd etmişdi. Həmin rədd qərarından Ali Məhkəməyə şikayət edildiyindən proses yubanırdı.

Yeri gəlmişkən, Ali Məhkəmə də bankirin vəkillərinin müraciətini rədd edib.

Beləliklə, C.Hacıyevin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılacaq.

Buna da bax:​ Vəkil: 'Cahangir Hacıyevə ciddi qərəz hiss olunur'

XATIRLATMA

C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab olunaraq, 15 il azadlıqdan məhrum edilib.

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində təqsirləndirilir.

Amma C.Hacıyev ittihamları qəbul etmir. Ona görə də, haqqındakı hökmdən apellyasiya şikayəti verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG