Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 20:19

Türkiyədə Azərbaycan sərmayəli şirkətlər azalıb.

Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, bu ilin birinci rübündə bu ölkədə təsis edilən Azərbaycan sərmayəli şirkətlərin sayı ötən ilin eyni dövrünə nisbətən 21 faiz, Azərbaycan investorlarının ilkin ödənişi isə 2.5 dəfə azalıb.

2017-ci ilin yanvar-martında 8 səhmdar cəmiyyəti, 29 məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Bunların nizamnamə kapitalı 2.4 milyon türk lirəsidir. Ötən ilin eyni dövründə yaradılan 47 şirkətin nizamnamə kapitalı isə 6 mln. lirə təşkil edib.

Strateji Əməkdaşlıq Platformunun məlumatına görə, 2017-ci ilin əvvəlində bu ölkədə Azərbaycan sərmayəli firmaların sayı 1958 olub. Bu, Türkiyədə fəaliyyət göstərən bütün xarici sərmayəli firmaların təqribən 4 faizidir.

Azərbaycan sərmayəli firmalar daha çox ticarət, tikinti və turizm sektorlarında fəaliyyət göstərirlər. Onların ən böyüyü SOCAR-dır.

Günün bütün mövzuları

XS
SM
MD
LG