Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 04:34

Sabah Fransada prezident seçkisi başlayır


Fransa prezidentliyinə namizədlər: Emmanuel Macron,Marine Le Pen, Francois Fillon və Jean-Luc Melenchon

Bazar günü-aprelin 23-də Fransada prezident seçkisinin ilk mərhələsi keçiriləcək.

Məlumatlara görə, 5-ci Respublika tarixində ilk dəfədir ki, hər 4 namizədin ikinci mərhələyə adlamaq şansı var.

Artıq ölkənin bəzi bölgələrində səsvermə başlayıb.

İpsos Sopra Steria təşkilatının keçirdiyi son sorğunun nəticələrinə görə, fransalıların 24 faizi mərkəzçi Emmanuel Macrona, 22 faizi isə qatı sağçı Marine Le Penə səs verməyə hazırlaşırlar.

Prezidentliyə digər namizədlər sağçı Francois Filloinla radikal-solçu Jean-Luc Melenchon isə hərəyə 19 faiz səs toplaya bilərlər.

Amma hələ də fransalıların təxminən 1/3-i qeyri-müəyyəndir, təxminən bir o qədəri isə səsvermədə iştirak etmək fikrində deyil.

AzadlıqRadiosu Rusiya xidmətinin aprelin 22-də yaydığı məlumatına görə, bu barədə “France İnter” radiosu məlumat verib.

Bütün sosioloji xidmətlərin nümayəndələri deyirlər ki, bazar günü axşam saat 8-də kütləvi informasiya vasitələri azı 2, və ola bilsin 3 və ya 4 namizədin adlarını bəyan edə bilərlər.

Əgər namizədlər arasında fərq çox az olsa , onda sosioloqlar 2 finalçının adını tez deyə bilməyəcəklər.

Seçkinin ikinci mərhələsi mayda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG