Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 05:56

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Strasburqa yollanır


Foto arxiv

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri aprelin 23-də Strasburqda olacaqlar. Onlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, səfər aprelin 30-na kimi davam edəcək.

Sessiyada AŞPA-nın son 6 ay ərzindəfəaliyyəti və Türkiyədə demokratik institutlarla bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Türkiyə ilə bağlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin çıxışları nəzərdə tutulur.

Sessiya çərçivəsində Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Muijneksin 2016-cı il üzrə hesabatı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG