Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 06:36

Aprelin 21-də mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş «Shamkir Chess 2017» turnirinə start veriləcək.

Xəbəri Azərbaycan Şahmat Federasiyası yayıb. Xatirə turniri aprelin 30-na kimi davam edəcək.

Artıq dördüncü dəfə keçiriləcək yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.

Yarış Şəmkirdəki Heydər Əliyev Mərkəzində saat 15:00-da start götürəcək. Turnirə dünyanın bəzi nüfuzlu şahmatçılarının da qatıldığı bildirilir.

Vüqar Həşimov 1984-cı ildə Bakıda doğulmuşdu. 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında vəfat edib.

V.Həşimov 2002, 2004, 2006 və 2008-ci illərdə keçirilən Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib.

Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib.

2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG