Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:23

Valyuta hərracı keçirilib


Dollar

Bu gün, aprelin 20-si Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7022 səviyyəsində formalaşıb.

Mərkəzi Bankın da elə bir gün əvvəl açıqladığı məzənnəyə görə, aprelin 20-də 1 ABŞ dolları 1.7022 manata bərabər olmuşdu.

Bundan əvvəlki, aprelin 18-də keçirilən hərracda isə manatın orta çəkili məzənnəsi 1.7025 səviyyəsində müəyyən edilmişdi.

Aradakı gün Mərkəzi Bank dolları cüzi də olsa ucuzlaşdırmışdı. Son hərraclarda da, bir qayda olaraq, manat cüzi də olsa möhkəmlənir.

Ancaq bəzi ekspertlər düşünür ki, Azərbaycanda, əslində, məzənnə inzibati yollarla müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG