Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:04

İyunun 8-də Böyük Britaniyada parlament seçkisi keçiriləcək


Theresa May

Böyük Britaniya parlamentinin icmalar palatası iyunun 8-nə ölkədə vaxtındanəvvəl seçki təyin edib.

Reutersin məlumatına görə, 650deputatdan 522-si bunun lehinə səs verib.

Ölkədə vaxtındanəvvəl seçki keçirilməsi təklifini baş nazir Theresa May bəyan eləmişdi.

Onun sözlərinə görə, ölkə parlamentində Avropa Birliyindən çıxmaq məsələsində birlik yoxdur.

Mühavizəkarların lideri olan baş nazir ,seçki nəticəsində mövqelərini möhkəmləndirmək istəyir.

Theresa May aprelin 19-da Brekzitlə bağlı ölkədə təkrar referendum keçirilməsini istisna edib.

Onun fikrincə hökumət vədinə əməl etməli və ölkənin Avropa Birliyindən çıxmasını təmin etməlidir.

Təkrar referendum keçirilməsi ilə bağlı Onlayn-petitsiyada bir neçə milyonluq imza toplanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG