Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 08:50

Aşqabadda tələbələrdən teatra getmək tələb olunur


Foto arxiv

Aşqabadda teatra gedənlərin əksəriyyəti tələbələrdir.

Tələbələrin AzadlıqRadioisu Türkmənistan xidmətinə dediklərinə görə onlardan orta hesabla ayda 1-2 dəfə teatra getmək tələb olunur.

Paytaxt teatrlarından biri keçmiş prezident Saparmurad Turkmenbaşı-nın adını daşıyır.

Batır adlı ali məktəb tələbəsinin radioya verdiyi məlumata görə, axşam tamaşalarına adətən tələbələr, gündüz tamaşalarına isə şagirdlər gedirlər.

Batır deyir ki,tələbələrin siyahısı tutulur və onlardan teatra getmək tələb olunur və bəzi hallarda bu siyahıya əsgərlər də salınır.

Batır deyir ki, teatra öz xoşu ilə gedənlərə çox nadir hallarda rast gəlmək olur.

Batırın sözlərinə görə, onlara hətta teatrı seçmək imkanı da verilmir, sadəcə hansısa bir gün seçilir,tələbələr qrup halında siyahıya alınır və onlardan pul yığılır.

Batır deyir ki, məsələn o, bir tamaşaya 5-6 dəfə baxıb.

Hazırda Türkmənistanda ümumilikdə 10 dövlət tatrı var ki, onlardan 6-sı paytaxt Aşqabadda, 4 isə regionlardadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG