Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 10:55

Rusiya bombardmançıları Alyaskaya yaxınlaşıb


Tu-95

Rusiyanın iki nüvə silahı daşıya bilən bombardmançı təyyarəsi Alyaskaya yaxınlaşıb. Təyyarələr Kodiak adasının təxminən 200 kilometrliyindən (100 mil) uçublar.

Bu, ABŞ-da Donald Trump prezident postuna gələndən ilk belə hadisədir.

ABŞ rəsmiləri aprelin 18-də bildiriblər ki, Rusiyanın iki «Tu-95» bombardmançısı Elmendorf Hava Qüvvələri bazasının təxminən 280 mil cənub-qərbindən uçub.

ABŞ Hava Qüvvələri havaya iki F-22 döyüş təyyarəsi buraxıb və əməliyyat «təhlükəsiz və peşəkar» aparılıb, Pentaqonun sözçüsü Gary Ross belə deyib.

Amerika təyyarələri 12 dəqiqə Rusiya bombardmançılarının yaxınlığında uçublar, nəhayət, Rusiya təyyarələri istiqaməti dəyişib və Rusiyanın şərqindəki bazaya yönəliblər. Xəbəri «Fox News» yayıb.

Sonuncu dəfə Rusiya bombardmançıları 2015-ci il iyulun 4-də ABŞ sərhədinə yaxın uçublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG