Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:19

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğan-ı referendumda qələbə münasibətilə təbrik edib. Bu barədə Kreml və Türkiyə dövlət mediası aprelin 18-də məlumat yayıb.

Kremlin məlumatına görə, Putin Erdoğan-a zəng edib və referendumu «uğurla keçirməsinə görə» təbrik edib.

ABŞ prezidenti Donald Trump da bir gün öncə Erdoğan-ı təbrik etmişdi.

Amma müxalifət Erdoğan-ın səlahiyyətlərini genişləndirəcək konstitusiya dəyişikliklərini tənqid edir. Avropa Birliyi də referendumun nəticələrinə isti yanaşmayıb.

Türkiyə mediası yazır ki, Putin-lə Erdoğan münasibətlərin normallaşmasının, Suriyada atəşkəsin saxlanmasının vacibliyini vurğulayıblar. Kreml bildirib ki, atəşkəs və Suriya sülh danışıqları gücləndirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG