Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 14:40

Pentaqon rəhbəri Yaxın Şərqə və Afrikaya gedir


Jim Mattis

ABŞ-ın müdafiə naziri Jim Mattis-in Yaxın Şərqə və Afrikaya səfəri başlanır. O, islamçı ekstremizmlə mübarizəni götür-qoy edəcək.

Mattis səfərinə aprelin 18-də Səudiyyə paytaxtı Ər-Riyaddan başlayıb. Daha sonra Misirə, İsrailə, Qətərə və Cibutiyə gedəcək.

Bir həftə davam edəcək səfər zamanı Mattis «ABŞ-ın əsas hərbi alyanslarını bir daha təsdiqləyəcək, Yaxın Şərq və Afrikadakı strateji tərəfdaşlarıyla danışıqlar aparacaq, sabitsizlik yaradan fəaliyyəti əngəlləmək və ekstremist terror təşkilatlarını məhv etmək yönündə birgə səyləri» müzakirə edəcək. Pentaqonun məlumatında belə deyilir.

Rəsmilər və ekspertlər Mattis-in daha çox «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasıyla mübarizəyə fokuslanacağını bildirirlər. İŞİD İraq və Suriyada böyük ərazilərə nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG