Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 16:29

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün, aprelin 17-si Maltaya səfər edib.

E.Məmmədyarovun Maltadan da İtaliyaya gedəcəyi gözlənir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bildirməsinə görə, E.Məmmədyarov hər iki ölkədən olan həmkarı və Malta prezidenti Marie-Louise Coleiro Preca ilə görüşəcək.

Xəbərdə qeyd edilir ki, səfər çərçivəsində ölkələr arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Dövlət Neft Şirkətinin (SOCAR) investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun da daxil olduğu bildirilir.

Səfərlərin 3 gün davam edəcəyi qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG