Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 02:25

İran qaz hasilatını artırır


«Cənubi Fars Qaz» yatağı

Son 4 ildə İranda böyük sualtı qaz yatağından hasilat iki dəfə artıb. Bunu İran prezidenti Hassan Rouhani deyir.

Onun sözlərinə görə, «Cənubi Fars Qaz» yatağından hasilat 540 milyon kubmetrə çatıb. O, 2013-cü ildə prezident seçiləndə həmin yataqdan 240 milyon kubmetr qaz çıxarılırdı.

Rouhani gələn ay keçiriləcək prezident seçkisində namizəd olmaq niyyətindədir.

Onun sözlərinə görə, hasilatın artması «dirəniş iqtisadiyyatı»nın uğurunu göstərir. Ali dini lider Ali Khamenei ölkənin özünü təmin etməsi və təhdidlərə qarşı dayanmasından ötrü bu iqtisadiyyatın gərəkdiyini bildirir.

İranın neft naziri Bijan Zanganeh son 10 ildə dənizdəki qaz yatağına 20 milyard dollar sərmayə qoyulduğunu deyir.

İran həmin qaz yatağını Qətərlə paylaşır. Qətər yataqdan gündə 590 milyon kubmetr qaz çıxarır və 2022-ci ilədək hasilatı 10 faiz artırmaq niyyətindədir.

Fransanın «Total» şirkəti ötən ilin noyabrında Tehranla müqavilə imzalayıb, yatağın işlənməsinə 4.8 milyard dollar yatırmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG