Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:54

ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri H.R.McMaster deyir ki, Suriya prezidenti Bashar al-Assad-ın «qorxulu» hökumətinə göstərdiyi dəstəklə bağlı Rusiyayla sərt davranmaq vaxtıdır.

McMaster aprelin 16-da «ABC News»a deyib ki, Rusiyanın Assad hökumətini dəstəkləməsi Suriyada altı ilik müharibəni uzadıb, bu müharibə İraqı, regiondakı digər ölkələri və Avropanı təsirləndirən böhran yaradıb.

«Beləliklə, Rusiyanın bu qorxulu rejimə dəstəyi…, eləcə də Rusiyanın Avropadakı təxribatçı hərəkətləri müzakirə olunmalıdır. Rusiyayla bu sərt müzakirələri aparmağın vaxtı çatıb», – McMaster deyib.

ABŞ ordusu aprelin 7-də Suriyada bir hava bazasına 59 raket buraxıb. Qərb ölkələri Suriyada, azı, 80 nəfərin ölümünə səbəb olmuş kimyəvi hücumun həmin bazadan edildiyini bildirir.

McMaster «ABC News»a müsahibəni Əfqanıstandan verib. Orada prezident Ashraf Ghani və digər hökumət rəsmiləriylə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG